Avropa İttifaqının sülh çalışmaları nəticə verəcəkmi?-AÇIQLAMAbackend

Avropa İttifaqının sülh çalışmaları nəticə verəcəkmi?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqının prezidentin Şarl Mişelin Cənubi Qafqaza səfəri çərçivəsində Gürcüstan, Azərbaycan və Ermənistana səfəri əsasən, regionda post-münaqişə dövrünə uyğun olaraq əməkdaşlığı yeni bir inkişaf mərhələsinə qaldırmaq, həmçinin Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi üçün əsas vasitəçi olmaqdır”

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, İttifaq prezidentinin ilk səfərini Ermənistana etməsi, baş nazir N. Paşinyan və prezident A. Sarkisyanla danışıqlar aparması, oradan Azərbaycana gələrək prezident İlham Əliyevlə görüşü gözlənilir. Avropa İttifaqı iki ölkə arasında sülh sazişinin imzalanmasına çalışır”

“Avropa İttifaqının buna imkanı çatır və Ermənistana təzyiqlər edəcəksə, bu mümkündür. Avropa İttifaqı burada əsas maraqlı tərəfdir. Rusiya, nə də ABŞ sülhün əldəedilməsində maraqlı deyil. Məhz baş verənləri düzgün qiymətləndirən Avropa İttifaqı təşəbbüsü ələ alır. İki ölkə Avropa İttıfaqı ilə sıx əməkdaşlıq münasibətlərinə malikdir. Əgər, Ermənistan Rusiyanın təhriklərinə qarşı gəlib, Avropa İttifaqının təkliflərini qəbul edəcəksə, Azərbaycanla sülhün əldə edilməsi mümkündür. Azərbaycan Ermənistanla sülh müqaviləsinə hazırdır. Avropa İttifaqı Ermənistanla danışıqlar apardığı bir fonda sərhəddə atəşkəsi qarşı tərəf mütəmadi pozur. Rusiya göstərmək istəyir ki, heç bir tərəf regionda sülhün əldə etməsinə imkan verməyəcək”.

//Gülnarə Abasova, Editor.az