Avropa İttifaqı İrana qarşı 4-cü sanksiyalar paketini qəbul etdibackend

Avropa İttifaqı İrana qarşı 4-cü sanksiyalar paketini qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı “İranda insan hüquqlarının pozulmasına” görə 4-cü sanksiyalar paketini qəbul edib.

Editor.az bildirir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir. İslam İnqilabı Keşikçiləri Korpusu, eləcə də onun İranın müxtəlif əyalətlərindəki bütün bölmələri də daxil olmaqla 18 fiziki və 19 hüquqi şəxsin qara siyahıya salındığı dəqiqləşdirilib.

Bəyanatda qeyd olunub ki, siyahıda olan şəxslərin Avropadakı bütün aktivləri dondurulacaq, avropalı bizneslər onlarla hər hansı əlaqəyə qadağa qoyacaq, fiziki şəxslərin də Aİ ölkələri ərazisinə girişi yasaqlanacaq.

 //Samir Qurbanov,Editor.az