Avropa İttifaqı İranın nüvə proqramından narahatdırbackend

Avropa İttifaqı İranın nüvə proqramından narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) İranın nüvə proqramını inkişaf etdirməyə davam etməsindən və uranın zənginləşdirilməsi üçün sentrifuqalar almasından narahatdır.

Editor.az bildirir ki, bu barədə Avropa Xarici Xidmətindəki mənbə bildirib. Mənbənin yazdığına görə, Aİ İranın nüvə proqramının inkişafının fəal şəkildə davam etdiyini görür, uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar, eləcə də digər zəruri avadanlıqlar alır.

Avropa İttifaqında bu vəziyyət ciddi narahatlıq doğurur. Bildirirlir ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İran tərəfi ilə görüşlər qeyri-mümkündür, çünki Tehran nümayəndələri bu konfransda iştirak etmirlər. Qeyd edək ki, İranın Yəzd əyalətində ölkənin ən böyük uran yatağının işlənməsinə başlanılıb. İran bu yataqdan hasil edilən uranı təmizlənməyə göndərəcək və ondan nüvə yanacağı istehsal edəcək.

  //Samir Qurbanov, Editor.az