Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terrorçu qrup elan etdibackend

Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terrorçu qrup elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı İranda çoxsaylı insan tələfatına səbəb olan etirazları qəddarcasına yatırdığına görə İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terrorçu qrup kimi qara siyahıya salmaq niyyətindədir.

İran hökumətinə qarşı sanksiyaların təşəbbüskarlarına qoşulan Parisin mövqeyində dəyişiklikdən sonra Brüssel bu istiqamətdə daha qətiyyətli addımlar atıb. “İran xalqının dinc üsyanının dözülməz şəkildə yatırılması cavabsız qalmamalıdır. Onlara qarşı kor-koranə zorakılıq qarşısında göstərdikləri fövqəladə cəsarət əbəs yerə ola bilməz.”, – Fransa xarici işlər naziri Jan-Noel Barro deyib. İİKK-yə qarşı sanksiyaların tətbiqi qərarının bu gün, 29 yanvarda keçiriləcək AB xarici işlər nazirlərinin iclasında təsdiqlənməsi planlaşdırılır.

Qeyd etmək lazımdır ki, İİKK-nın sanksiya siyahısına daxil edilməsi təşkilatın aktivlərinin dondurulmasına və Korpusla maliyyə əməliyyatlarının qadağan edilməsinə səbəb olacaq ki, bu da İranın iqtisadi strukturlarına inteqrasiya olunmuş təşkilatın imkanlarını potensial olaraq sarsıda bilər.

//Samir Qurbanov, Editor.az