“Avropa İttifaqı missiyası təxribatlara cavabsız qalır”-AÇIQLAMAbackend

“Avropa İttifaqı missiyası təxribatlara cavabsız qalır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş verən təxribatlar Azərbaycan sərhəd-buraxılış məntəqəsində qulluq edən hərbiçimizin yaralanması ilə nəticələndi. Ermənistan kütləvi informasiya vasitələri isə Azərbaycan əsgərlərinin rəsmi İrəvana keçərək bayraq sancmaq istədiyi üçün adekvat cavab verdikləri ilə bağlı məlumatlar tirajlayırlar”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Ermənistan tərəfinin  atəşkəsi pozması, yeni təxribatların başlaması, Laçın postuna qarşı birbaşa təxribatlar nəticəsində Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin yaralanması və Zəngilan istiqamətində artilleriya qurğularından istifadə etməsi  ilə bağlı suallarımızı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ermənistan mediasının hadisə ilə bağlı yaydığı məlumatlar absurddur:

“Ona görə ki, Ermənistanın təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları qoruyur. Heç vaxt Azərbaycanın digər ölkənin ərazisində bayraq ucaltmaq niyyəti olmayıb. Təyin olunmamış şərti sərhəddə Azərbaycan öz ərazilərində bayraq qaldıra bilər. Bu ərazilərdə Avropa İttifaqının monitorinq missiyası da var. Onlar bu təxribata dərhal cavab verməli idilər “.

Deputatın fikrincə, erməni təxribatlarının məqsədi hər zaman olduğu kimi sülhün bərqərar olunmasına mane olmaq, vaxt udmaqdan ibarətdir:

“Lakin vəziyyət ermənilərin  əleyhinə işləyir. İstənilən vaxt ərazilərimizdə antiterror əməliyyatları həyata keçirə bilərik. Onlar sərhəddə bu kimi təxribatlar törətməklə KTMT-yə üzv olduqlarını qabartmağa çalışırlar. Lakin burada da tutarlı əsas yoxdur. Öz ərazilərimizdə bütün beynəlxalq norma və qanunlara uyğun olaraq addımlar atırıq “.

//Safura Bənnayeva, Editor.az