Avropa İttifaqı Moldova və Gürcüstanı münaqişəli ərazilər olmadan öz sıralarına qəbul etmək imkanını nəzərdən keçirirbackend

Avropa İttifaqı Moldova və Gürcüstanı münaqişəli ərazilər olmadan öz sıralarına qəbul etmək imkanını nəzərdən keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Moldova və Gürcüstanı Dnestryanı, Abxaziya və Cənubi Osetiya əraziləri olmadan qismən qəbul etmək imkanını nəzərdən keçirə bilər.

Editor.az bildirir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib. “Gürcüstan və Moldovanın Avropa gələcəyi münaqişələrin girovu ola bilməz. Bu, Aİ-nin ən yüksək səviyyəsində təsdiqlənib”, – deyə Stano bildirib.

O, Avropa İttifaqının bu ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb. Qey eək ki, noyabrın 8-də Avropa Komissiyası Moldova və Ukrayna üçün Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamağı tövsiyə edib. Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi tövsiyə olunb.
Daha sonra Moldova prezidenti Maya Sandu bildirib ki, ölkənin Aİ-yə daxil olması üçün “ən pis ssenari” qismən inteqrasiya olacaq: əvvəlcə Dnestr çayının sağ sahili, sonra isə Dnestryanı əraziyə daxil ola bilər. Gürcüstan və Moldova 2022-ci ilin martında Aİ-yə üzv olmaq üçün ərizə verib.

//Samir Qurbanov, Editor.az