Avropa İttifaqı (Aİ) və Avropa Parlamenti nümayəndələri Moldovaya 1.8 milyard avro dəstək verilməsinə dair ilkin saziş imzalayıblar.
Editor.az xəbər verir ki, sənəd Aİ Şurasının saytında dərc olunub. Avropa Şurasının saytında verilən açıqlamaya görə, Avropa Şurası və Avropa Parlamentinin nümayəndələri Moldovada islahatların və iqtisadi artımın dəstəklənməsi üçün bu addımı atıblar.
“Moldova Respublikası üçün islahat və artım mexanizminin yaradılması ilə bağlı Şura sədrliyi nümayəndələri ilə Avropa Parlamenti arasında ilkin razılıq əldə olunub. Bu, ölkənin Aİ ilə bağlı islahatlarını və iqtisadi artımını dəstəkləmək üçün yeni alət olacaq. O, 2025-2027-ci illər arasında Moldovanı dəstəkləyəcək. 385 milyon avro məbləğində qrant və 5 milyard avro məbləğində kreditin ayrılacağı da gözlənilir”,- deyə o bildirib.
Bəyanatda deyilir ki, indi ilkin razılaşma Aİ-yə üzv ölkələrin Avropa Şurası və Avropa Parlamentindəki nümayəndələri tərəfindən təsdiqlənməlidir. Həmçinin bildirilib ki, sənəd hüquqi və linqvistik baxımdan yekunlaşdıqdan sonra hər iki qurum tərəfindən daha sonra rəsmi qəbul edilməlidir.
//Gülnarə Abasova, Editor.az

