Avropa İttifaqı peyvəndinin bir hissəsini tərəfdaş ölkələrə ayıracaqbackend

Avropa İttifaqı peyvəndinin bir hissəsini tərəfdaş ölkələrə ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttfaqı sammiti tərəfdaş ölkələrə üzv ölkələri üçün sifariş edilmiş məhdud sayda peyvənd dozası verəcəyini vəd etdi, lakin vaxt təyin edilməyib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sammitdən sonra keçirilən onlayn mətbuat konfransında bildirib.

Komissiyanın rəhbəri qeyd edib: “Biz əvvəlcədən Aİ tərəfindən sifariş edilmiş peyvəndlərinin bir hissəsinin tərəfdaş dövlətlər üçün ayrılmasına imkan verəcək bir Avropa mexanizmi yaratmağa qərar verdik”.

O bildirib ki, bu, ən qısa müddətdə həyata keçiriləcək.