Aİ Yəmənin Husi qruplaşmasının ticarət gəmiçiliyinə hücumlarını dayandırmaq üçün mart ayına qədər Qırmızı dənizə ən azı üç hərbi gəmi göndərməyi planlaşdırır.
Editor.az bu barədə EUobserver portalına istinadla xəbər verir. Məlumat Aİ diplomatik xidmətinin mesajlarına istinadən verilib. Aİ diplomatik xidmətinin bəyanatında deyilir: “Effektiv olmaq üçün formalaşdırma qüvvələrinin məqsədi ən azı bir il ərzində çox funksiyalı qabiliyyətlərə malik ən azı üç esmines və ya hava hücumundan müdafiə freqatına malik olmaq olmalıdır”.
Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi ABŞ və İngiltərənin Yəmənə hücumlarından sonra bölgədə gərginliyin artmasına görə husilərin məsuliyyət daşıdığını açıqlamışdı. Buna cavab olaraq Livanın şiə Hizbullah hərəkatı ABŞ və Böyük Britaniyanın Yəməndə husilərə qarşı hücumlarını pisləyib. Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəmənin müxtəlif bölgələrindəki 4 əyalətdəki hədəflərə hava zərbələri endirib. Vaşinqton hücumların hədəflərinin raket anbarları, pilotsuz uçuş aparatları və radar stansiyaları olduğunu bildirib.
Ağ Ev bildirib ki, bu hərəkətlər Husilərin dünyanın ən mühüm su yollarından birində qlobal ticarəti və naviqasiya azadlığını təhdid etmək qabiliyyətini sarsıtmaq və azaltmaq üçün nəzərdə tutulub.Ənsarullah hərəkatına bağlı Yəmənin Xarici İşlər Nazirliyi ABŞ və Böyük Britaniyanı bu hücumlara görə qisas almaqla hədələyib.
//Gülnarə Abasova, Editor.az

