Avropa İttifaqı rəsmisi: Ukraynada hərbi əməliyyatlar hələ bir neçə il davam edəcəkbackend

Avropa İttifaqı rəsmisi: Ukraynada hərbi əməliyyatlar hələ bir neçə il davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Ukraynada hərbi əməliyyatların bir neçə il davam edəcəyinə hazırlaşır.

Editor.az xəbər verir ki, bu barədə daxili bazar üzrə Avropa komissarı Terri Breton RMC radiosunun efirində deyib. O, əmindir ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi imkanları hələ tükənməyib. “Biz bu müharibənin uzun müddət davam edəcəyinə hazırlaşırıq. Təəssüf ki, Avropada hərbi əməliyyatların yüksək intensivliyi olan müharibələr əvvəllər bir neçə il davam edirdi. Buna görə də biz buna hazırlaşırıq”, – Breton deyib.

Onun sözlərinə görə, “heç kim Ukraynanın məhdudlaşdırıcı tədbirlər sayəsində qalib gələcəyini deməyib”. Terri Breton əmindir ki, “Ukrayna nə vaxtsa qalib gəlsə, bu, hərbi yolla olacaq”, “əsassız olaraq işğal edilmiş əraziləri” geri qaytaracaq. “Buna görə də Aİ və Ukraynanın müttəfiqləri ona qalib gəlmək üçün lazım olan hər şeyi verirlər”, – o əlavə edib. Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell də bir il əvvəl Ukraynadakı münaqişənin uzanacağını demişdi. Oxşar narahatlıqlar 2023-cü ilin may ayında Yaponiyanın Baş naziri Fumio Kişida tərəfindən ifadə edilib. ABŞ-ın ordu katibi Kristin Uormut hesab edir ki, Ukraynadakı münaqişə “özü-özünə” həll olunacaq.

  //Samir Qurbanov,Editor.az