Avropa İttifaqı Roma Statutunu ratifikasiya etmiş dövlətlərə müraciət etdi: Vladimir Putin həbs edilsin!backend

Avropa İttifaqı Roma Statutunu ratifikasiya etmiş dövlətlərə müraciət etdi: Vladimir Putin həbs edilsin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Roma Statutunu ratifikasiya etmiş dövlətləri öhdəliklərini yerinə yetirməyə çağırıb.

Söhbət Rusiya Federasiyasının prezidenti Vladimir Putinin həbsindən gedir, hansı ki, Beynəlxalq Cinayət Məhkəməsi onun həbsi barəsində order verib.

Editor.az bildirir ki, müvafiq bəyanat Vyanada ATƏT-in Daimi Şurasının iclası zamanı verilib. Aİ Rusiyanın qeyri-qanuni köçkün etdiyi ukraynalı uşaqların və digər mülki şəxslərin taleyindən dərin narahat olduğunu bildirib. “Avropa İttifaqı bir daha Rusiya və Belarusu onların Ukraynaya təhlükəsiz qayıtmalarını təmin etməyə çağırır”, – bəyanatda deyilir. Bundan əlavə, Aİ Rusiya Federasiyası tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum edilmiş bütün şəxslərin, o cümlədən ATƏT-in özbaşına həbs edilmiş üç əməkdaşının dərhal azad edilməsini tələb edib.

“Biz Beynəlxalq Cinayət Məhkəməsinin, o cümlədən ukraynalı uşaqların qanunsuz deportasiyası və köçürülməsi kimi hərbi cinayətə görə verdiyi altı həbs orderini xatırladırıq” ATƏT-dən bildiriblər.

//Samir Qurbanov, Editor.az