Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə alüminium məhsullarına məhdudiyyətlər də daxil ola bilər.
Editor.az bu barədə “Politico” ya istinadla yazır. “Rusiya alüminium məhsulları Aİ-nin Rusiya Federasiyasına qarşı növbəti sanksiya paketinin diqqət mərkəzində olan məhsullar sırasındadır”, – mənbələr jurnalistlərə bildiriblər. Aİ artıq demək olar ki, bütün mümkün sanksiyaları tətbiq edib.
Eyni zamanda, mənbə qeyd edib ki, bir çox ölkələrin Rusiyanın enerji resurslarından asılılığı səbəbindən nüvə sənayesi və ya mayeləşdirilmiş təbii qazın ixracına məhdudiyyətlər qoymaq mümkün deyil.
//Gülnarə Abasova, Editor.az

