Avropa İttifaqı Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini bloklayıbbackend

Avropa İttifaqı Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini bloklayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 25-də Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa İttifaqı Rusiya Federasiyası Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini bloklayıb.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” yazıb. Nəşrin məlumatına görə, o bu vəsaitlərin müharibədən zərər çəkmiş Ukrayna əhalisinə kömək etmək üçün necə istifadə olunacağı ilə bağlı “davam edən müzakirələrin vacibliyini” vurğulayıb.

Viqandın sözlərinə görə, Aİ “Rusiyanın Ukraynaya dəymiş ziyanı ödəməsini təmin etməyi öhdəsinə götürüb və bu aktivlərdən istifadə yollarını araşdırır”. “Bloomberg” qeyd edir ki, Aİ ölkələri də Ukraynada başlayan müharibəyə görə sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslərə məxsus 24,1 milyard avroluq aktivləri dondurub.

//Samir Qurbanov,Editor.az