Avropa İttifaqı Rusiya qazı ilə bağlı qərar verəcək – Macarıstandan liderlərə xəbərdarlıqbackend

Avropa İttifaqı Rusiya qazı ilə bağlı qərar verəcək – Macarıstandan liderlərə xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Avropa İttifaqının (Aİ) enerji nazirləri Rusiyanın Avropaya qaz nəqlini dayandırmasıyla qalxan enerji qiymətlərini cilovlamağın yollarını müzakirə edəcəklər. Toplantı qabağı Macarıstanın Xarici işlər naziri Piter Szijarto Aİ enerji nazirlərinə xəbərdarlıq edib.

“Avropanın Rusiya qazı üçün maksimum qiymət qoymaq təklifi Moskvadan qaz tədarükünün dərhal kəsilməsilə nəticələnər”, – nazir bildirib.

Szijarto sentyabrın 9-da Facebook-da yazıb ki, kəmərlərlə nəql olunan Rusiya qazı üçün müstəsna qiymət planı Avropa və Macarıstanın maraqlarının tam əleyhinədir.

Rusiyanın qazı kəsməsi Qərbin Moskvanın Ukraynaya qarşı tammiqyaslı hücumuna görə qoyduğu sanksiyalarına cavab sayılır. Moskva enerji ixracını dayandırmaqla Qərbə təzyiq göstərməkdə ittiham olunur.

Hazırda Aİ prezidentliyini həyata keçirən Çexiyanın Sənaye naziri Jozef Sikela bu həftənin əvvəlində deyirdi ki, bloka idxal olunan Rusiya qazı üçün qiymət limiti mövcud böhranın effektli həll yolu deyil.

Nazirin fikrincə, həmkarları 9 sentyabr toplantısında bu təklifi müzakirə etməməlidirlər.

Szijarto iyulda Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Macarıstan mövcud uzunmüddətli təchizat razılaşmasına əlavə qaz tədarükü axtarır. Aİ-nin Rusiyaya sanksiyalarını tənqid edən Macarıstan təbii qazın 80 faizindən çoxunu Rusiyadan alır, bloka qaz təchiz edən böyük neft kəməri üçün tranzit ölkədir.

Aİ artıq Rusiyadan neft idxalının üçdə ikisindən çoxunu qadağan etməyə razılaşıb. “Qazprom” avqustdan Macarıstana təbii qaz tədarükünü artırıb.

“AzPolitika.info”