Aİ özünün ehtiyat gücü və qənaət sayəsində Rusiya qazının tədarükünü tamamilə dayandırmağa hazırlaşır.
Editor.az xəbər verir ki, bu barədə Aİ-nin iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni bildirib. Gentiloninin sözlərinə görə, müxtəlif ölkələrdə qeyri-bərabər vəziyyətə baxmayaraq, tədarükün şaxələndirilməsi sayəsində Avropa İttifaqının qaz ehtiyatları təxminən 80% təşkil edir. Komissar qeyd edib ki, Aİ son aylarda Rusiyanın “qaz silahı”na qarşı durmaq üçün kifayət qədər səy göstərib. “Biz Putinin qərarlarından qorxmuruq, biz Rusiya tərəfindən müqavilələrə əməl etməyi xahiş edirik, lakin onlar bunu etməsələr, cavab verməyə hazırıq”, – Gentiloni bildirib.
//Samir,Editor.az

