Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Rusiyanın Ukraynanın taxıl ixracını əngəlləməsinə münasibət bildirib. Editor.az “sabah” qəzetinə istinadən xəbər verir ki, o, bu əngəlləmənin müharibə cinayəti olduğunu bildirib.
“Biz Rusiyanı Ukrayna limanlarının blokadasını aradan qaldırmağa çağırırıq. Dünyanın qalan hissəsinin aclıqdan öldüyü halda, milyonlarla ton buğdanın Ukrayna limanlarında qalması ağlasığmazdır”,-deyə Borell bildirib.
O sonda qeyd edib ki, bu vəziyyət sona qədər belə qala bilməz.
//Nəzərbəy, Editor.az

