Avropa İttifaqı Rusiyaya dəstək verdiyi üçün bəzi İran şirkətlərinə sanksiya tətbiq edibbackend

Avropa İttifaqı Rusiyaya dəstək verdiyi üçün bəzi İran şirkətlərinə sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi İranın Rusiyaya dəstək verdiyi iddiasına görə 7 şəxs və 7 şirkətə qarşı sanksiya tətbiq edib.

Editor.az TASS-a istinadla xəbər verir ki, bu qərarı Aİ Şurası verib. Təşkilatın açıqlamasında bildirilir ki, bu vətəndaş və təşkilatlar guya Rusiya Federasiyasına pilotsuz uçuş aparatlarının və raketlərin daşınmasına kömək ediblər. Sanksiyalar arasında İranın “Iran Air”, “Saha Airlines” və “Mahan Air” aviaşirkətləri, həmçinin İran Müdafiə Nazirliyinin rəis müavini Seyid Qələndəri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri var.

Bloomberg agentliyi sentyabrın 2-də mənbələrə istinadən yazıb ki, Tehran yaxın vaxtlarda öz ballistik raketlərini Moskvaya ötürməyi planlaşdırır. Məqalə müəlliflərinin fikrincə, Rusiya Federasiyası guya bu mərmilərdən Ukraynada hərbi əməliyyatlar aparmaq üçün istifadə edəcək. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu cür məlumatlar “həmişə faktlarla üst-üstə düşmür”.

Sentyabrın 10-da London, Paris və Berlin birgə bəyanat yayaraq Rusiyaya ballistik raketlərin və digər silahların tədarükündə iştirak etdiyi iddia edilən əsas təşkilatları və şəxsləri müəyyən etməyi planlaşdırdıqlarını bildiriblər. Həmçinin İran Hava Yollarına qarşı da sanksiyaların tətbiqi planlaşdırılır.

//Gülnarə Abasova, Editor.az