Avropa İttifaqı anti-Rusiya sanksiyalarının məhdudlaşdırılmasından təxminən 1,5 trilyon dollar itirib.
Editor.az bildirir ki. bunu bir neçə nəşrin hazırladığı maliyyə hesabatları sübut edir. “Eurostat”ın məlumatına görə, Avropa İttifaqında idxal orta hesabla ayda 15,2 milyard avroya qədər bahalaşıb.
Eyni zamanda, mayeləşdirilmiş təbii qaza 7,7 milyard avro, boru kəməri qazına isə 7,5 milyard avro xərclənib. Rusiya enerji təchizatının bir hissəsini Asiyaya yönləndirə bildiyindən, qiymət tavanını pozub və gəliri bərpa edib. Bundan əlavə, Rusiya şirkətləri aşağı qiymətlərlə gəlirli müəssisələr əldə ediblər. “The New York Times” qeyd edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyadakı bizneslərini satan xarici şirkətlər ümumilikdə 103 milyard dollar itiriblər.
//Samir Qurbanov, Editor.az

