Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketini hazırlayırbackend

Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketini hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketini hazırlayır.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Aİ-nin Monitorinq portalının məlumatlarında bildirilir.

Paketin hazırlanması hazırda ilkin mərhələdədir.

“Aİ Xarici İşlər Nazirliyi və Avropa Komissiyası bu məsələ üzərində işləyir və təkliflər yəqin ki, yayın əvvəlində açıqlanacaq”, – diplomatik mənbə portala bildirib.

Bildirilir ki, paketin qəbuluna Rusiya və Ukrayna arasında danışıqların gedişi təsir edəcək, ona görə də onun qəbul olunmaması ehtimalı var.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen martın 27-də bəyan edib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları davam etdirəcək.

Bloomberg yanvar ayında yazmışdı ki, Aİ Rusiya neftinin öz ərazisində saxlanmasını qadağan etmək istəyir. Agentliyin məlumatına görə, Aİ Rusiyanın bir çox limanları və hava limanları ilə əməliyyatlara məhdudiyyətlər tətbiq etməyi də nəzərdən keçirir.

Rusiya hökuməti daha əvvəl Qərbin sanksiyalarının ləğvinin Rusiya iqtisadiyyatını yavaşlatacağından narahatlığını ifadə edib.

//Gülnarə Abasova, Editor.az