Avropa İttifaqı Rusiyaya qarşı iki yeni sanksiya paketi hazırlayırbackend

Avropa İttifaqı Rusiyaya qarşı iki yeni sanksiya paketi hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Rusiyaya qarşı 13 və 14-cü sanksiyalar paketini hazırlayır.

Editor.az bu barədə “İzvestiya” qəzetinə istinadla məlumat verir. Bildirilir ki, məlumat Avropa Parlamentinin Çexiyadan olan deputatı Tomaş Zdexovskiyə tərəfindən verilib. Onun sözlərinə görə, yeni paketlər “çox yaxında” Aİ-yə üzv dövlətlər üçün əlçatan olacaq. Estoniyalı deputat Yana Toomun sözlərinə görə, yeni sanksiyaların tətbiqi təşəbbüsü əsasən Baltikyanı ölkələrdən gələcək. Eyni zamanda, nəşrə müsahibəsində o, sanksiyaların sonsuz olmadığını və hardasa limitin olduğunu, tezliklə gələ biləcəyini bildirib.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı bu həftə 12-ci antiRusiya sanksiyalar paketinin təsdiqini başa çatdıra bilər. Onu da qeyd edək ki, Avropa İttifaqının Ukraynadakı münaqişələr bitsə belə, Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcəyi bildirilir.

//Gülnarə Abasova, Editor.az