Avropa İttifaqı Şurası Rusiya Federasiyasından olan 1473 nəfərə və 205 təşkilata qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha altı ay – 2023-cü il sentyabrın 15-dək uzadıb.
Editor.az bildirir ki, Aİ Şurasının bazar ertəsi, martın 13-də yaydığı bəyanatda deyilir ki, söhbət Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasında iştirak edən hüquqi və fiziki şəxslərdən gedir: “Aİ Şurası bu gün Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən fəaliyyətlərdə iştirak edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin növbəti altı ay – 2023-cü il sentyabrın 15-dək uzadılması barədə qərar qəbul edib”, – mesajda deyilir.
Məhdudlaşdırıcı tədbirlərə təkcə viza qadağası və aktivlərin dondurulması deyil, həm də sanksiyalar tətbiq edilmiş fiziki və hüquqi şəxslərə vəsaitlərin və ya digər iqtisadi resursların köçürülməsinə qadağalar da daxildir. Beləliklə, Ukraynaya qarşı əsassız və qeyri-hüquqi hərbi təcavüzdə iştirak edən 1473 şəxsə və 205 quruma qarşı sanksiyalar uzadılıb.
//Samir Qurbanov, Editor.az