Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar rejimini təsdiqləyibbackend

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar rejimini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Şurası Rusiya Federasiyasına qarşı “xaricdə sabitliyi pozan hərəkətlər” iddiasına görə yeni sanksiyalar rejimini təsdiqləyib.

Editor.az xəbər verir ki, bu barədə şuranın saytında məlumat verilib. Bəyanatda bildirilir ki, bu yeni çərçivə Aİ-yə Rusiya hökumətinin Aİ və üzv ölkələrin fundamental dəyərlərini, təhlükəsizliyini, müstəqilliyini və bütövlüyünü pozduğu iddia edilən hərəkət və siyasətlərində iştirak edən şəxslər və təşkilatları izləməyə imkan verəcək. Hələlik söhbət yalnız rusların və Rusiya şirkətlərinin “qara siyahı”ya salınması üçün kriteriyaları müəyyən edən sanksiyalar çərçivəsindən gedir. Üzv dövlətlər və Avropa Komissiyası bundan sonra sanksiyaların məhdudlaşdırılması üçün öz təmas siyahılarını təklif edə biləcəklər.

Bundan əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Rusiyaya qarşı 14 sanksiya paketini onun əsas nailiyyətlərindən biri kimi qiymətləndirmişdi.

//Gülnarə Abasova, Editor.az