Avropa İttifaqı Moskva və Kiyev arasında İstanbulda mümkün danışıqların nəticələri məlum olana qədər Vaşinqtondan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb etməmək qərarına gəlib.
Editor.az bildirir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. Agentlik iddia edir ki, “Avropa liderləri ABŞ-ın Moskvaya qarşı yeni sanksiyalar elan etməsində israr etməzdən əvvəl Vladimir Zelenski ilə Vladimir Putinin Türkiyədə mümkün görüşünə qədər gözləməyə hazırdırlar”. Həmsöhbətlər qeyd edirlər ki, Ağ Ev Moskvaya təzyiqləri artırmazdan əvvəl Rusiya və Ukraynaya Türkiyədə danışıqlar aparmaq imkanı verməyə hazırdır.
Aİ rəsmiləri hesab edirlər ki, Vaşinqton növbəti addımları barədə hələ qərar verməyib. ABŞ-ın yeni sanksiyalar tətbiq edib-etməyəcəyi hələlik bəlli deyil.
//Samir Qurbanov, Editor.az