Avropa İttifaqı Şurasının prezidenti fevralın 1-də keçiriləcək Aİ sammitinin əsas mövzusunu açıqlayıbbackend

Avropa İttifaqı Şurasının prezidenti fevralın 1-də keçiriləcək Aİ sammitinin əsas mövzusunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 1-də keçiriləcək Aİ sammitinin əsas mövzusu Ukraynaya sursat təchizatı və maliyyə yardımının koordinasiyası olacaq.

Editor.az xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel deyib.

Məktubda bildirilib ki, bura Avropa Şurasının 2023-cü ilin martında qəbul etdiyi qərara uyğun olaraq döyüş sursatının tədarükü daxildir. Bildirilib ki, sammitlə bağlı məsələlər barədə mətndə ilk dəfə olaraq Ukraynaya qarşıdakı 4 il ərzində veriləcək 50 milyard avroluq yardımın məbləği qeyd edilməyib. Sursatla bağlı Aİ daha qısa müddət ərzində sursat təchizatını təşkil etmək üçün öz alətlərini hazırlamağı planlaşdırır. Fevralın 1-də Brüsseldə Aİ-nin növbəti sammitinin keçirilməsi planlaşdırılır və burada Ukraynanın maliyyələşdirilməsi məsələsi də müzakirə olunacaq.

Macarıstanın baş naziri Viktor Orban isə bildirib ki, onun ölkəsi Avropa İttifaqının Ukraynaya yardım üçün vəsait ayırmaq qərarını dəstəkləməyə hazırdır, ancaq bu məbləğ bir neçə il ərzində bölünsə və hər il təsdiq olunsa bu mümkündür.

//Gülnarə Abasova, Editor.az