Avropa İttifaqı üç rusiyalı iş adamını sanksiyalar siyahısından çıxarıbbackend

Avropa İttifaqı üç rusiyalı iş adamını sanksiyalar siyahısından çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı rusiyalı iş adamları Qriqori Berezkin, Aleksandr Şulqin və Fərhad Əhmədovu sanksiya siyahısından çıxarıb.

Editor.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi sənədində deyilir. Avropa Birliyinin bu şəxslərə qarşı sanksiyaları sentyabrın 15-də başa çatıb. Sənəddə rusiyalı iş adamlarının adları da sadalanır və bildirilir ki, “İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin tövsiyəsini nəzərə alaraq bu üç şəxslə bağlı qadağalar bu əlavədən çıxarılsın”.

Qeyd edək ki, Sentyabrın 6-da Avropa İttifaqı Məhkəməsinin Ozonun keçmiş prezidenti Aleksandr Şulqinə qarşı sanksiyaları ləğv etdiyi iddia edilir. Qərar iki aydan sonra qüvvəyə minəcək, ancaq Aİ Şurası buna etiraz edə bilər.

//Gülnarə Abasova, Editor.az