Avropa İttifaqı Ukraynaya qoşun yeritmək üçün koalisiya yarada bilərbackend

Avropa İttifaqı Ukraynaya qoşun yeritmək üçün koalisiya yarada bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münaqişə başa çatdıqdan sonra Ukraynaya qoşun yeridilməsi ilə bağlı Aİ ölkələri arasında konsensus olmadığından problemin həlli üçün birdən çox dövlətin iştirakı ilə koalisiyanın yaradılması variantı nəzərdən keçirilir.

Editor.az bu barədə Reuters-ə istinadən yazır. Agentliyin həmsöhbətinin sözlərinə görə, Avropa İttifaqı NATO-ya deyil, Kiyevlə ikitərəfli razılaşmaya əsaslanan və hərəkət etməkdə çox qərarlı olan 5-8 ölkədən ibarət koalisiya yarada bilər.

Reuters-in məlumatına görə, Polşanın baş naziri Donald Tusk və Fransa prezidenti Emmanuel Makron cümə axşamı keçiriləcək. Görüşdə Ukraynaya qoşun göndərilməsini müzakirə edəcəklər. Eyni zamanda bildirilir ki, Polşa qonşu respublika ərazisində öz hərbi hissələrini yerləşdirməyi planlaşdıran ölkələr sırasında yoxdur.

Nəşrin məlumatına görə, Britaniya və Fransa artıq Ukraynaya qoşun yeritmək imkanını müzakirə ediblər. Mətndə o da bildirilir ki, Kiyev bu məsələni Baltikyanı və Skandinaviya ölkələri qarşısında da qaldırıb.

//Gülnarə Abasova, Editor.az