Avropa İttifaqı ümid edir ki, Türkiyə mövqeyini dəyişəcəkbackend

Avropa İttifaqı ümid edir ki, Türkiyə mövqeyini dəyişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı ümid edir ki, NATO İsveç və Finlandiyanın Alyansa daxil olması ilə bağlı Türkiyənin mövqeyini dəyişə biləcək. Editor.az xəbər verir ki, bunu mayın 19-da Brüsseldə keçirdiyi brifinqdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin spikeri Nəbilə Massralı bildirib.

Massralinin sözlərinə görə, NATO-ya daxil olmaq qərarı hər iki ölkənin suveren seçimidir və onlar bu məsələdə Aİ-nin dəstəyinə arxalana bilərlər. “Bu iki ölkə NATO-ya üzv olmaq istədiklərini açıqlayanda Aİ Şurası onlara dəstəyini göstərdi. Doğrudur, Türkiyə bəzi etirazlar etdi, amma ümid edirəm ki, NATO onların öhdəsindən gələcək”. Spiker bildirib ki, İsveç və Finlandiyanın NATO-da iştirakı “Alyansla strateji tərəfdaşlığın möhkəmlənməsinə təkan verəcək”. Massrali həmçinin Avropa diplomatiyasının rəhbəri Josep Borrell-dən sitat gətirib ki, Türkiyə ilə fikir ayrılıqları məsələsi “birləşmə prosedurunun baş tutması üçün mümkün qədər tez həll edilməlidir”.

Editor.az