Avropa İttifaqında böhran gecəsi: Belçikanın baş naziri də istefa verdibackend

Avropa İttifaqında böhran gecəsi: Belçikanın baş naziri də istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika prezidenti Alexander De Croo Avropa Parlamentinə seçkilərdə səs nisbətinə görə istefa verdiyini açıqlayıb.

Avropa Parlamentində sağ qanadın güclənməsi Avropada yeni böhrana səbəb ola bilər. Fransa lideri Emmanuel Makronun Le Penin partiyasına ağır məğlubiyyətindən sonra parlamenti buraxdığı açıqlanıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Belçikanın baş naziri De Kroo bu gecə istefa verdiyini açıqlayıb. Belə ki, Alexandre De Croo partiyası Flamand Liberalları və Demokratları (Open Vld) Avropa seçkilərində məğlub olduqdan sonra istefa verdiyini açıqlayıb. İndiyədək səslərin təxminən 90 faizi hesablanıb və Open Vld hazırda federal seçkilərdə səslərin 5,9 faizini aldığını göstərib.

//Gülnarə Abasova, Editor.az