Avropa İttifaqından Gürcüstana 9 şərtbackend

Avropa İttifaqından Gürcüstana 9 şərt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının(Aİ)xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Gürcüstan hökumətinin Avropa İttifaqına daxil olmaq üçün daha hansı addımlar atmalı olduğu barədə danışıb.

Onun sözlərinə görə, respublika hakimiyyəti on iki bənddən ibarət siyahıdan doqquz şərti yerinə yetirməli olacaq.

Xüsusilə, söhbət ölkədə insan haqlarının vəziyyəti və media azadlığından gedir. O, bunun üçün çox iş görülməli olduğunu vurğulayıb.

“Avropa Komissiyası 12 prioritet təqdim edib. Siz onlardan 3-nü yerinə yetirmisiniz, 9-u hələ də qalır”, – Josep Borrell deyib.

Borrelin sözlərinə görə, payızda Aİ-yə daxil olmaq istəyən ölkələrin bunun üçün şərtləri necə yerinə yetirdiyini qiymətləndirən hesabat dərc olunacaq. Siyahıya hər bir dövlət üçün tövsiyələr əlavə olunacaq.

Aİ rəsmisi Tbilisinin bütün şərtləri yerinə yetirə biləcəyinə əminliyini ifadə edib.

//Samir Qurbanov, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!