Avropa İttifaqından HƏDDİ aşan Vardanyan açıqlaması – Bakıya qarşı ÇİRKİN kampaniyabackend

Avropa İttifaqından HƏDDİ aşan Vardanyan açıqlaması – Bakıya qarşı ÇİRKİN kampaniya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maraqos NEWS.am-ın sorğusunda cavabında Bakıda həbsdə olan Ruben Vardanyandan danışıb. Musavat.com-un xəbərinə görə, səfirə “Siz Ermənistan-Azərbaycan sülh prosesini alqışladınız, lakin humanitar məsələ kimi vacib bir məsələ hələ də həll olunmayıb. Üstəlik, erməni əsirlər heç bir effektiv müdafiə mexanizmindən məhrumdurlar. Siz, AB-nin Ermənistandakı səfiri olaraq, bu məsələni izləyirsinizmi? Və Ermənistanın Azərbaycanda diplomatik nümayəndəliyinin olmadığını nəzərə alsaq, AB erməni əsirlərin hüquqlarının qorunmasına kömək etmək üçün hansı mexanizmlərdən istifadə edə bilər?” sualı ünvanlanıb.

4 facts about the new head of the EU Delegation to Armenia Vassilis Maragos  - Mediamax.am

Aİ səfiri cavab olaraq bildirib ki, Brüssel Vardanyan və Bakı həbsxanasında saxlanılan digər erməni məhbusların işlərini yaxından izləyir. “Sizi əmin etmək istəyirəm ki, Avropa İttifaqı Ruben Vardanyan və Bakı həbsxanasında saxlanılan digər erməni məhbusların işlərini yaxından izləyir. Bu konkret məsələ ilə bağlı vurğulamaq istərdim ki, Avropa İttifaqı son bir neçə ay ərzində iki ölkə arasında sülh prosesində Ermənistan və Azərbaycan arasında əldə edilən tarixi irəliləyişin müxtəlif müsbət aspektlərini alqışlayıb. Ümid edirik ki, həssas humanitar xarakterli məsələlər də daxil olmaqla, qalan bütün məsələlər tərəflər arasında həll edilə bilər”.
Səfir əlavə edib ki, “Ermənistan hakimiyyətinin açıq bəyanatlarından göründüyü kimi, erməni hərbi əsirləri məsələsi ikitərəfli sülh prosesi çərçivəsində qaldırılır”.

Qeyd edək ki, son həftələr Vardanyanla bağlı ailəsi və erməni mediası tərəfindən spekulyasiya xarakterli kampaniya təşkil edilib. Bu prosesdə bir sıra beynəlxalq təsisatlar, avropalı siyasətçilər də canfəşanlıq edirlər. Gah deyilir ki, guya o, hökm və ittiham olunduğu maddələrlə tanışa ola bilməyib, gah bildirilir ki, saxlanma şəraiti və səhhəti haqda məlumat almaq mümkün olmur, gah da Vardanyanın ombudsman Səbinə Əliyeva ilə telefon bağlantısı qura bilmədiyi ittihamları səslənir.
Halbuki İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Milli Preventiv Mexanizm (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib. Musavat.com bir qədər əvvəl yazmışdı ki, S.Əliyeva Vardanyanla da görüşüb.

Separatçılar məhkəmədə Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını  çəkdilər - AzPost.info

Yəni erməni tərəfi müntəzəm olaraq həbsdə olan separatçı-cani Rubenin məsələsini gündəmdə saxlamağa çalışır. Bu dəfə isə Aİ səfirinin “münasibəti” dərc olunub. Səfir Maraqos isə Aİ diplomatı yox, sanki Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı kimi danışıb. Onun “həssas humanitar xarakterli məsələlər də daxil olmaqla” ifadəsi kökündən yanlış və təhrif xarakterlidir. Çünki Vardanyan mövzusu humanitar məsələ deyil, Bakı ilə İrəvan arasında da sülh gündəliyinə daxil edilməyib. Üstəlik, o, ağır cinayətlərdə ittiham olunub və Azərbaycan dövlətinə qarşı terrorizmi maliyyələşdirib. Bu məsələyə Aİ tərəfindən belə reaksiya verilməsi isə təəssüf hissi doğurur.

Bu azmış kimi, Aİ səfirinin hərbi caniləri “erməni hərbi əsirlər” adlandırması təmsil etdiyi qurumun dəyərlərinə zidd yanaşmadır. Həmin şəxslər uzun illər Azərbaycanda mərkəzi hakimiyyətə tabe olmayaraq, dövlət içində “dövlət yaratmağa” cəhd edib, separatizm və terrorçuluqla məşğul olublar. Aİ üzvü olan istənilən ölkə, eləcə də səfirin vətəni olan Yunanıstan oxşar təhlükə ilə üzləşsəydi adekvat davranardı.

Eyni zamanda, bu yaxınlarda Aİ Şurasının prezidenti Antonio Koşta Azərbaycanda olub və prezident İlham Əliyevlə görüşüb. Bakı ilə Brüssel münasibətləri inkişaf etdirir, Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayır. Ancaq Aİ və onun alt qurumlarından biri olan Avropa Parlamenti Bakını narazı salan addımlara yol verir. Onlardan biri də Aİ müşahidə missiyası adlanan “casus şəbəkəsi”nin hələ də Ermənistanla sərhəddə destruktiv fəaliyyətidir. Bunun ardınca avropalı səfirin Rusiyanın vaxtilə bəslədiyi Vardanyan və digər erməni separatçılar haqda bu fikirləri bildirməsi Qərb dəyərlərinə tüpürməkdir. Həmçinin, Avropa Parlamenti həbsdə olan erməni məhbuslarla bağlı Azərbaycan əleyhinə qərəzli bəyanatlar və qətnamələr qəbul edir.

Musavat.com