Avropa İttifaqından Rusiyaya qarşı daha bir şok həmlə!backend

Avropa İttifaqından Rusiyaya qarşı daha bir şok həmlə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı rəsmiləri böyük rusiyalı sahibkarların dondurulmuş aktivlərindən Ukraynanın infrastrukturunun bərpası üçün layihələrin maliyyələşdirilməsi zamanı istifadə edilməsi imkanlarını nəzərdən keçirirlər.

Editor.az “TASS”a istinadən xəbər ki, bu barədə nüfuzlu “Bloomberg” nəşri məlumat yayıb.

Məlumata görə, hazırda müzakirə çox erkən mərhələdədir, konkret qərarlar qəbul edilməyib. Agentliyin mənbələri iddia edirlər ki, “müharibə təzminatlarının ödənilməsi üçün aktivlərdən istifadə” variantlardan biri kimi nəzərdən keçirilir.

Məsələni “Bloomberg”ə şərh edən Avropa Komissiyasının sözçüsü Erik Mamerin hazırda yalnız aktivlərin dondurulduğunu bildirib. Sözçü bildirib ki, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen hazırda bu məsələnin öyrənilməsi ilə məşğul deyil.

//Fərrux, Editor.az