Avropa İttifaqından Ukraynaya 40 milyard avroluq kredit ilin sonuna qədər verilə bilərbackend

Avropa İttifaqından Ukraynaya 40 milyard avroluq kredit ilin sonuna qədər verilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan ABŞ-ın Rusiyanın Avropadakı aktivlərini dondurmaq zəmanətinə veto qoyacağı təqdirdə Avropa İttifaqı alternativ axtarır.

ABŞ-la birgə yardım planı əsas plan olaraq qalsa da, ilin sonuna qədər Ukraynaya Aİ-dən 40 milyard avroluq kreditin verilməsi variantı nəzərdən keçirilir.

Editor.az bildirir ki, bu barədə “Financial Times”a mənbələr məlumat verib. Nəşrin yazdığına görə, Macarıstan nümayəndəsi Aİ-nin Brüsseldəki səfirlərinə məsələnin ABŞ seçkilərindən sonra həll edilməli olduğunu deyib. Budapeştin qərara veto qoya biləcəyinə görə, Brüssel alternativ axtarır. Ehtimal olunur ki, 40 milyard avroluq kredit mövcud yardımın genişləndirilməsi hesab olunacaq. Buna görə də qərar qəbul etmək üçün yekdil səs deyil, Aİ üzv dövlətlərinin səs çoxluğu tələb olunacaq.

//Samir Qurbanov, Editor.az