Avropa İttifaqından Ukraynaya yeni hərbi yardım yoldadır: Oktyabrda…backend

Avropa İttifaqından Ukraynaya yeni hərbi yardım yoldadır: Oktyabrda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukraynaya hərbi yardımla bağlı qərarı oktyabrda ala biləcəklərini bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyası iclasları çərçivəsində Nyu Yorkda olan Borrell gündəmlə bağlı jurnalistlərə açıqlamasında qeyd edib. Onun sözlərinə görə, statistikaya əsasən, Ukraynadan ixrac edilən taxılın böyük hissəsi ehtiyacı olan ölkələrə gedib. İxracın üçdə ikisi Afrika, Yaxın Şərq və Asiyaya göndərilib. AB-nin Ukraynaya hərbi yardım qərarı ilə bağlı Borrell AB Xarici İşlər Nazirlərinin oktyabrda keçiriləcək iclasında təklifin qəbul olunmasının tərəfdarı olduqlarını bildirir. Onu da qeyd edək ki, Josep Borrell hərbi yardımının nələri əhatə edəcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.

//Safura Bənnayeva, Editor.az