Avropa İttifaqının 3 üzvü Rusiayaya qarşı sanksiyaların əleyhinədirbackend

Avropa İttifaqının 3 üzvü Rusiayaya qarşı sanksiyaların əleyhinədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya və Macarıstan Aİ-ni növbəti sammit ərəfəsində Moskvaya qarşı sərt mövqe tutmaqda qərarlı olan digər üzv dövlətlərə qarşı çıxaraq, Ukraynada atəşkəs və sülh danışıqları üçün aydın mövqe irəli sürməyə çağırıb. Bu barədə

Editor.az “Reuters”ə istinadən məlumat verir. Məlumatda qeyd olunur ki, mayın 30-31-də keçirilən sammitin yekun bəyanatın layihəsində Avropa İttifaqı “Ukraynaya Rusiyanın təcavüzünə qarşı özünümüdafiə üçün öz hüquqlarını tərəddüdsüz həyata keçirməkdə kömək etmək öhdəliyinə sadiqdir” kimi xarakterizə olunur. Sülh danışıqlarından isə qətiyyən bəhs edilmir.

Mayın 20-də Aİ nümayəndələrinin görüşündə İtaliya səfiri mətnin dəyişdirilməsini təklif edib və qeyd edib ki, görüşdə iştirak edən nümayəndələrin fikrincə, sülh danışıqlarına istinad etməli və təcili atəşkəs Aİ-nin əsas məqsədlərindən biri kimi göstərilməlidir. Rusiyaya qarşı yeni sanksiyalar paketini ən çox tənqid edən dövlətlər arasında yer alan Macarıstan və Kipr tərəfindən dəstəklənən bu təklif uzun müddətdir daxili fikir ayrılıqları səbəbindən AB digər üzvləri tərəfindən bloklanıb. Belə ki, Macarıstan planlaşdırılan neft embarqosuna qarşı çıxarkən, Kipr Rusiya vətəndaşlarına daşınmaz əmlak satışını qadağan edən təklifdən narahatdır.

  Editor.az