Çərşənbə günü anti-Qərb mitinq iştirakçılarının söküb yandırdıqları Aİ bayrağı yenidən Gürcüstan parlamentinin binasında qaldırılıb.
Editor.az bildirir ki, bu barədə “Echo of Caucasus” məlumat yayıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı inzibati iş başlanılıb və insidentdə əli olan şəxslər cərimələnəcək.
Gürcüstanda dövlət qurumlarının yanında Aİ bayraqlarının, eləcə də Tbilisinin diplomatik münasibətdə olduğu ölkələrin bayraqlarının zədələnməsinə görə 400 dollara yaxın cərimə, təkrar qayda pozuntusuna görə isə 2 dəfə çox cərimə və ya 15 sutka inzibati həbs nəzərdə tutulur.
//Samir Qurbanov,Editor.az