Avropa İttifaqının “Dağlıq Qarabağ” bəyanatı: “Bu, Qərbin tezisidir”-AÇIQLAMAbackend

Avropa İttifaqının “Dağlıq Qarabağ” bəyanatı: “Bu, Qərbin tezisidir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa strukturlarında bu cür bəyanatların ana xətti Ermənistan baş naziri Nikol Paşinyana ötürülmüş tezis əsasında formalaşıb”.

Bu fikri Editor.az-a siyasi şərhçi Əziz Əlibəyli Avropa İttifaqının Vyanadakı ATƏT və BMT strukturlarında nümayəndəliyinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun səfəri ilə bağlı yaydığı bəyanatda qeyd edilən “Biz Azərbaycanı “Dağlıq Qarabağ”ın erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini qoruyacaq gündəm hazırlamağa çağırırıq. Hazırkı vəziyyət narahatedicidir və mənfi humanitar nəticələrə malikdir, çünki etnik erməni əhalisi əsas enerji və rabitə xidmətlərində dəfələrlə fasilələrlə üzləşib. Atəşkəs rejiminin tez-tez pozulması da onların rifahı ilə bağlı ciddi narahatlıq yaradır” fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən tezis uzun müddətdir ki, Nikol Paşinyanın dili ilə səsləndirilir:

“Paşinyan tez-tez Qarabağ ermənilərinin  hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı prosesə  beynəlxalq müşahidəçilərin cəlb edilməsinə cəhd edirdi. Onları Qarabağ bölgəsinə daxil etmək istəyirlər. Bu, Qərb tezisidir. Qərb tezisinin əsasında duran məsələlər Qarabağ bölgəsinə Qərbin sızması, yerləşməsi və Rusiya əleyhinə mexanizm formalaşdırmaqdır. Gələcəkdə Azərbaycanın həyata keçirmək istəyəcəyi hər hansı hərbi xarakterli addımları, reinteqrasiyanı bir növ əngəlləmək və qlobal maraqları bir növ burada da toqquşdurmaq marağı güdür “.

//Safura Bənnayeva, Editor.az