Avropa İttifaqının Ermənistan “sevgisi”- Narahatlığın səbəbi nədir?-AÇIQLAMAbackend

Avropa İttifaqının Ermənistan “sevgisi”– Narahatlığın səbəbi nədir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cozef Borellin Qarabağdakı son proseslər, xüsusən də Laçın dəhlizində Azərbaycanın post qurması ilə bağlı məsələyə münasibət bildirməsinin bir səbəbi var”.

Bu fikirləri Editor.az-a politoloq Samir Hümbətov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellin Azərbaycan tərəfindən Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması məsələsinin gərginliyi azaltmaqla bağlı Aİ çağırışına zidd olduğu ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Cozef Borellin fikirləri regionda marağı olan güclərin Azərbaycanın öz ərazisini bərpa etməsindən keçirdiyi narahatlığın açıq ifadəsidir:

“ Yəni, regionda marağı olan ölkələr münaqişənin bitməməsini, proseslərin isə uzanmasını istəyirlər. Bu istiqamətdə onlara uyğun gələn variantlardan biri də Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qurulmamasıdır”.

Politoloq hesab edir  ki, Cozef Borell erməni lobbisinin fikirlərini əks etdirən açıqlamalar verir:

“Bununla da Avropa İttifaqının mövqeyini ortaya qoymuş olur. Yaxşı başa düşürlər ki, Ermənistan münaqişəni 30 il müddətində sülh prosesi ilə həll etmək istəmədi və hələ də istəmir. Ərazilərimizin işğaldan azad edilməsi və digər məsələlər bugünə qədər sülh yolu ilə yerinə yetirilməyibsə, deməli İrəvanın niyyəti başqadır. Bunu bilən güclərin də bu cür açıqlama verməsi onu göstərir ki, onların da bölgə ilə bağlı niyyətləri tamam başqadır”.
 
//Safura Bənnayeva, Editor.az