Avropa İttifaqının Ermənistandakı missiyası mülki adı altında maskalanıb – VİDEObackend

Avropa İttifaqının Ermənistandakı missiyası mülki adı altında maskalanıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Avropa İttifaqının Ermənistandakı missiyası sərhədyanı ərazilərdə 1500 patrul xidməti keçirib.

Bu barədə missiyanın “X” hesabında paylaşım edilib.

Bildirilib ki, missiyaya yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb.

Qurumdan bildirilib ki, Avropa İttifaqının Ermənistandakı missiyası Qafan, Gorus, Cermuk, Yeğeqnadzor, Martuni və İcevandakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramov bildirib ki, Avropa İttifaqının Ermənistandakı missiyasının niyyəti birmənalı deyil.

“Ermənistanın havadarlarının mülki missiya adı altında keçmiş hərbçiləri patrul xidmətinə cəlb etdiyini müşahidə etmişik. Getdikcə bu sayın artırılmasını və proseslərdə Fransanın fəaliyyətini xüsusilə vurğulamalıyıq. Fransadan gələn heyətin tərkibinə baxsaq, görərik ki bunlar keçmiş jandarma mənsublarıdır.

Belə bir heyətin Azərbaycanla sərhədə göndərilməsi onların xislətindən xəbər verir. 1500 patrul xidmətinin həyata keçirilməsi barədə hesabatın özü belə kəşfiyyat xarakterlidir.

Lakin bütün bunların Ermənistan və onların havadarları üçün xeyri olmayacaq”.

Geniş videomüsahibəni təqdim edirik.