Avropa İttifaqının müdafiə nazirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynaya hərbi yardım üçün istifadəsini müzakirə etməyi planlaşdırır.
Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Nəbilə Məsrəliyə istinadən məlumat yayıb. Avqustun 31-də Brüsseldə qeyri-rəsmi nazirlər sammiti keçiriləcək. Məsrəlinin sözlərinə görə, görüş iştirakçıları Ukraynaya hərbi yardımın göstərilməsi sahəsində irəliləyişləri nəzərdən keçirəcəklər. Buraya dondurulmuş Rusiya aktivlərindən və G7 kreditindən əldə edilən mənfəətin istifadəsi daxildir.
Nikkei nəşrinin məlumatına görə, 2022-ci il fevralın 24-dən Avropa İttifaqı və G7 ölkələri sanksiyalar siyasəti çərçivəsində Rusiya mərkəzi bankının öz ərazilərindəki təxminən 300 milyard avro (328 milyard dollar) aktivini bloklayıb.
//Gülnarə Abasova, Editor.az