Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırdır, lakin bəzi çətinliklər varbackend

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırdır, lakin bəzi çətinliklər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Ukraynaya genişmiqyaslı müdaxiləyə görə Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin hazırlanmasını demək olar ki, başa çatdırıb.

Editor.az “Politico”ya istinadən bildirir ki, bu məsələdə fikir ayrılıqları da var. Belə ki, Rusiyadan qaz alan bəzi Avropa ölkələri bu sanksiyaların Rusiya qaz boru kəmərinə tətbiq eilməsinə etiraz edirlər. Ona görə də bunun sanksiya paketinə daxil edilməsi ehtimalı çox azdır.

Bununla belə, 11-ci iqtisadi məhdudiyyətlər paketi demək olar ki, hazırdır. Nəşr onu qeyd edib ki, Ukraynada genişmiqyaslı müharibədən əvvəl Rusiya Aİ-nin ehtiyac duyduğu qazın demək olar ki, 40%-ni təmin edirdi. İndi tədarük həcmi 8%-ə düşüb. Almaniyaya “Şimal axını” və Polşaya “Yamal” qaz kəmərlərinin nəqli tamamilə dayanıb.

   //Samir Qurbanov,Editor.az