Avropa klublarından maliyyə “Fair Play”na YAŞIL işıqbackend

Avropa klublarından maliyyə “Fair Play”na YAŞIL işıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Klublar Assosasiyasının (ECA) iclası keçirilib. Editor.az “Sporx” a istinadən xəbər verir ki, iclas zamanı Avropa klubları arasında olan maliyyə uçurumunu aradan qaldırmaq üçün UEFA-nın həyata keçirəcəyi tədbirlər dəstəklənib. Yeni maliyə “Fair Play”na əsasən klubların gəlirlərinin 90 faizinin xərcləməsi icazəsinin 70 faizə qədər endirilməsi gözlənilir. Ancaq klubun oyunçunu satdığı zaman onun transfer qiymətinin müəyyənləşdirilməsinə heç bir limit qoyulmayıb.

Eyni zamanda, 2024/25 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinin iştirakçılarının sayının 32-dən 36-ya yüksəlməsi ECA tərəfindən dəstəklənib.

İclaz zamanı Rusiyanın Ukraynanı işğal etməsi səbəbi ilə Ukraynaya 1 milyon avro maddi dəstəyin verilməsi qərarı qəbul edilib. ECE Avropa klublarına klubun aşağı yaş qruplarına gənc və yeniyetmə ukraynalıları transfer etməyi tövsiyə edib.

//Editor.az