Avropa komissarı Qafqaza səfərini Gürcüstandan başladıbackend

Avropa komissarı Qafqaza səfərini Gürcüstandan başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqaza ilk səfərimi gözəl Gürcüstandan başladım”.

Editor.az xəbər verir ki, bunu Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varheli öz “Twitter” səhifəsində yazıb.

O xüsusilə qeyd edib: ““Bu səhər dəyirmi masada Şərq Tərəfdaşlığı üçün iddialı iqtisadi və investisiya proqramımızı təqdim edirəm. 17 milyard avroya qədər sərmayə cəlb etmək üçün 2,3 milyard avronu səfərbər edəcəyik”.

Xatırladaq ki, Oliver Varheli Ermənistan və Azərbaycana da səfər edəcək.