AK ABŞ-da keçiriləcək prezident seçkilərində heç bir namizədə üstünlük vermir və səsvermənin istənilən nəticəsinə hazırdır.
Editor.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Erik Mamer deyib.
Mamerin sözlərinə görə, Avropa İttifaqının ali icraedici orqanının vəzifələrinə nə Avropa İttifaqında, nə də başqa ölkələrdə keçiriləcək seçkilərdə heç bir namizədi dəstəkləmək daxil deyil. “Bizim vəzifəmiz bu seçkilərin istənilən nəticəsinə hazır olmaqdır”, – Avropa Komissiyasının sözçüsü Brüsseldə keçirdiyi brifinqdə bildirib.
//Gülnarə Abasova, Editor.az