Avropa Komissiyasının Ukraynaya növbəti dörd il ərzində 50 milyard avro (43,2 milyard funt sterlinq) kredit və qrantla dəstək təklifi mübahisəli deyil.
Editor.az xəbər verir ki, bunu Avropanın büdcə komissarı Yohannes Han cümə axşamı keçirdiyi brifinqdə deyib.
Komissiya Aİ ölkələrini ümumi büdcəyə əlavə vəsait ayırmağa dəvət etdikdən sonra Avropa İttifaqı hökumətləri blokun 27 ölkəsinin uzunmüddətli büdcəsinə yenidən baxılması ilə bağlı mübahisə edir.
“Əsas məsələ Ukraynaya dəstəkdir. Bu, hətta həcm baxımından da heç kim tərəfindən mübahisələndirilmir”, – adının çəkilməsini istəməyən Aİ rəsmisi bildirib.
//Samir Qurbanov, Editor.az

