Avropa Komissiyası Rusiyadan Bolqarıstana edilən neft tədarükünün qiymətlərindən danışıbbackend

Avropa Komissiyası Rusiyadan Bolqarıstana edilən neft tədarükünün qiymətlərindən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstan Rusiya neftini G7 alyansının müəyyən etdiyi 60 dollar/barreldən yüksək qiymətə ala bilər, çünki məhdudiyyətlər yalnız Avropa İttifaqına üzv olmayan ölkələrə şamil edilir.

Editor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Daniel Şeridan bildirib. Şeridan təsdiqləyib ki, Bolqarıstan Rusiyadan avrozona ölkələrinə dəniz yolu ilə neft tədarükünə tam qadağaya müvəqqəti istisnalar üçün müraciət edib. AK sözçüsü bu cür istisnaların gələn il dekabrın 31-də başa çatacağını açıqlayıb. “Neftin qiymətinin həddi yalnız Rusiya neftinin üçüncü ölkələrə daşınmasına aiddir”, – Şeridan bildirib.

Keçən il dekabrın 5-də Avropa İttifaqı Rusiyadan dəniz yolu ilə neft tədarükünə embarqo qoyub və G7, Avstraliya rəsmiləri barel üçün 60 dollardan yuxarı həddi müəyyən ediblər. Bu ilin fevral ayından analoji məhdudiyyətlər neft məhsullarına (barel üçün 100 dollar və 45 dollar) təsir edib. Eyni zamanda, Rusiya nefti Qərbdən olmayan vasitəçilər vasitəsilə tədarük etməklə məhdudiyyətlərdən çıxış yolları tapıb.

Rusiya Federasiyası Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin avqustunda Ural neftinin bir barelinin dəyəri orta hesabla 74 dollar təşkil edib. Əvvəlki gün Şimal dənizi benchmark Brent markalı neftin barel qiyməti iyunun 28-dən bəri ilk dəfə olaraq 73 dollar/bareldən aşağı düşüb.

//Gülnarə Abasova, Editor.az