Avropa Komissiyası Ukraynadan Avropa İttifaqı ölkələrinə, o cümlədən kənd təsərrüfatı məhsullarına rüsumsuz mal idxalı rejimini daha bir il uzatmağı planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ulof Gill məlumat verib. “Hazırda Ukraynaya qarşı muxtar ticarət tədbirləri mexanizminin mümkün genişləndirilməsi təklifi müzakirə olunur. Gələn həftə təqdim olunacağı gözlənilir”,- deyə bildirilib.
Gill qeyd edib ki, bir neçə gün əvvəl Avropanın Kənd Təsərrüfatı üzrə Komissarı Yanuş Voytsexovski Ukrayna kənd təsərrüfatı məhsullarının nəzarətsiz idxalından narahat olan avropalı fermerlərlə görüş keçirib. Fermerlər Avropa Komissiyasını bu sahədə nəzarəti gücləndirməyə çağırıblar.
AK yekun qərar qəbul edərkən bu xahişləri nəzərə alacağına söz verib. 2022-ci ilin iyununda Avropa İttifaqı Kiyevə ixracı artırmağa kömək etmək üçün Ukraynadan gələn bütün mallara tarifləri bir il müddətinə dayandırmaq qərarına gəlib. Bu rejim daha sonra 2024-cü ilin iyun ayına qədər uzadılıb.
//Gülnarə Abasova, Editor.az

