Avropa Komissiyası Ukraynanın Aİ-yə daxil olacağı müddəti dəyərləndiribbackend

Avropa Komissiyası Ukraynanın Aİ-yə daxil olacağı müddəti dəyərləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının Avstriyadakı Nümayəndəliyinin rəhbəri Martin Zellmaer bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulması prosesinin hətta sürətləndirilmiş prosedur altında da altı-on bir il çəkəcək.

Editor.az xəbər verir ki, o bu barədə “Kleine Zeitung” qəzetinə müsahibəsində vurğulayıb. Kiyevin Avropaya inteqrasiya ilə bağlı çox işi var. Zellmayer xatırladıb ki, bir vaxtlar Avstriyanın Avropa Birliyinə üzv olması üçün altı il, İspaniyanın isə on bir il lazım idi: “Ukrayna ortada harasa düşə bilər… Amma Kiyevin hələ çox işi var, yəni məhkəmə sisteminin müstəqilliyini və administrasiyanın effektivliyini təmin etmək üçün islahatlar aparılmalıdır”.

Eyni zamanda, Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, Avropa respublikanın siyasi birliyə qəbul edilməsi ilə bağlı Ukraynaya verdiyi vədi tutmalıdır.

//Gülnarə Abasova, Editor.az