Avropa Komissiyasının prezidenti Rusiyaya qarşı növbəti sanksiyalar paketinin məqsədini açıqlayıbbackend

Avropa Komissiyasının prezidenti Rusiyaya qarşı növbəti sanksiyalar paketinin məqsədini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Rusiya Federasiyasına qarşı 13-cü sanksiya paktının həm də Rusiyanın pilotsuz təyyarələrə çıxışını “daha ​​da azaltmaq” məqsədi daşıdığını bildirib.

Editor.az xəbər verir ki, o, bunu X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb. “Rusiyaya qarşı 13-cü sanksiyalar paketimizlə bağlı razılaşmanı alqışlayıram. Biz həmçinin Rusiyanın pilotsuz təyyarələrə çıxışını daha da azaldırıq”, – Avropa Komissiyasının prezidenti yazıb. Onun sözlərinə görə, ümumilikdə Rusiyaya qarşı növbəti sanksiyalar paketinin qəbulu nəticəsində 2000-dən çox fiziki və hüquqi şəxs məhdudiyyətlərə məruz qalıb və Aİ guya Kreml üzərində yüksək təzyiqi saxlayır.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqının (Aİ) səfirləri 200-ə yaxın fiziki və hüquqi şəxsin daxil olacağı 13-cü anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Von der Leyen Münhen Təhlükəsizlik Konfransında da bildirib ki, Aİ-nin Rusiya Federasiyasına qarşı on üçüncü sanksiya paketi üçüncü dövlətlərdən istifadə etməklə sanksiyalardan yayınmanın qarşısını almağa yönəlib.

//Gülnarə Abasova, Editor.az