Rusiya prezidenti Vladimir Putinin Ukraynaya genişmiqyaslı müdaxiləyə başlamasından sonra, Avropa İttifaqının onunla normal münasibətlər qura bilməsi qeyri-mümkündür.
Editor.az-ın məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ukraynalı teleaparıcı Nataliya Moseyçuka müsahibəsində deyib. O, Avropa İttifaqının Rusiyadan qorxub-qorxmaması və Rusiya prezidentinin “simasını xilas etməyə” cəhd edib-etməməsi ilə bağlı sualı da cavablandırıb. “Putin bu dəhşətli cinayətkar müharibəni vicdanına yazdıran adamdır. O, cinayətkardır və cinayətkar kimi bizə ödətdiyi bədəli ödəməlidir. O, vurduğu bütün ziyanı ödəməlidir”, – Ursula fon der Leyen deyib.
Editor.az

