Avropa Komissiyasının sədri Kelloqa ABŞ-la Ukrayna məsələsinin həllində birgə işləmək istəyirbackend

Avropa Komissiyasının sədri Kelloqa ABŞ-la Ukrayna məsələsinin həllində birgə işləmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşdə Ukraynada sülhün və Kiyevin təhlükəsizliyinin təminatı üçün Avropa İttifaqının ABŞ-la işləmək istəyini ifadə edib.

Editor.az xəbər verir ki, bu barədə Aİ-nin saytında dərc edilmiş bəyanatda deyilir.

“Aİ-nin ədalətli və davamlı sülhə sadiqliyini təsdiq edən Avropa Komissiyasının sədri bir daha bəyan edib ki, istənilən həll yolu Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət etməli və etibarlı təhlükəsizlik təminatları ilə dəstəklənməlidir”, – bəyanatda deyilir. Bir gün əvvəl Aİ Komissiyasının sədri bəyan etmişdi ki, Ukraynada sülh etibarlı təhlükəsizlik təminatları ilə birlikdə təmin edilməlidir.

Avropanın Ukraynaya hərbi dəstəyini davam etdirdiyini bildirən Öztürk deyib: Von der Leyen əlavə edib ki, AB öz müdafiəsini gücləndirməlidir.

//Gülnarə Abasova, Editor.az